Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı yaxın dövr üçün 5 strateji hədəfini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, MHP başqanı qarşıdakı dövr üçün hədəflərini partiyanın deputat fraksiyasının toplantısı zamanı elan edib.
MHP rəhbəri deyib ki, 2023-cü ili özündə ehtiva edən və ondan sonrakı illər üçün yol xəritəsini müəyyənləşdirən bir hədəflə yollarını davam edəcəklər:
“MHP olaraq 2023-cü il və on illlikləri əhatə edən strateji hədəflərimizdən birincisi türk üslubunda prezidentlik modelini qəbul etmək, güclənməsinə nail olmaqdır.
İkinci əsas hədəf kostitusiyanın geniş iştirakçılıq əsasında hazırlanmasıdır.
Yerli və milli iqtisadi sistem qurmaq strategiyamızda üçüncü əsas hədəfdir.
Sonuncu terrorçu ələ keçirilənə qədər dəstəyimizi vermək dördüncü hədəfimizdir.
Dialoq, sülh, əmin-amanlıq və sabitlik beşinci hədəfimizdir”.