ABŞ Prezidenti Co Baydenin səhhətində yaranan problemlər administrasiyanın sxeminə də təsir edib.
Teleqraf.com xəbər verir ki, Ağ Evin rəsmi internet səhifəsində hakimiyyət sxeminin göstərildiyi səhifədə əvvəlki hökumətlərdən fərqli olaraq (prezidentin adı olurdu həmişə) Bayden administrasiyası əvəzinə “Bayden-Harris administrasiyası” ifadəsindən istifadə edilir.
Obama və Tramp dönəmindən fərqli olaraq “Bayden-Harris iqtidarı” ifadəsi Ağ Evin Tvitter səhifəsində də qeyd olunub.
Bundan öncə ABŞ mediasında hökumətdə işləyənlərin hamısına “Bayden-Harris administrasiyası”na istinad etmək təlimatı verildiyinə dair iddialar yer almışdı. Vitse-prezident Kamala Harrisin gələcəkdə ABŞ prezidenti kreslosunun önəmli varisi olduğu müzakirə edilərkən, ABŞ-ın vaksinasiya kampaniyasının 100 milyonu keçməsi uğurunu qeyd edən Bayden Ağ Evdə çıxış edərkən Kamala Harris üçün “prezident” ifadəsini işlətmişdi.