İllər sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qəribə bir layihə üzərində işlədiyi ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, 1960-cı illərə aid və məxfilik qrifi ləğv edilmiş sənədlərdə MKİ-nin casus pişiklər yetişdirməyə çalışdığı qeyd olunub.
MKİ “soyuq müharibə”nin ən isti dövrü hesab olunan 1960-cı illərdə gündəmə gələn bu layihə ilə SSRİ-dən məlumat oğurlamağı hədəfə alıb. Bir sözlə, SSRİ-yə göndərilən və gizli şəkildə məlumatlar ələ keçirən kiborq pişik casuslar yetişdirmək o illərdə MKİ-nin gündəmində olub.
ABŞ kəşfiyyatının layihəsi pişiyin qulaq kanallarına mikrofon, kəlləsinə isə ötürücü yerləşdirməyə əsaslanıb. Casus pişiklərə SSRİ səfirliklərinə və Kremlə girmək üçün xüsusi təlimlərin verilməsi planlaşdırılıb. MKİ lazımi təlimlərdən sonra pişiklərlə gizli məlumatlar əldə edəcəyinə ümid bəsləyib.
Sənədlərə görə, sınaq zamanı pişiklərdən biri ölüb. Ancaq eyni sənədlərə görə, layihə qismən uğurlu olub.
O zaman pişiklərin casus kimi istifadə oluna biləcəyi barədə bir hesabat hazırlandı. Ancaq bu hesabata baxmayaraq, layihə təsdiqlənməyib və tarixin tozlu səhifələrində yerini alıb.