İtaliya kəşfiyyatı İtaliya dəniz donanmasında kapitan rütbəli zabiti casusluq şübhəsi ilə həbs edib.
Teleqraf.com xəbər verir ki, İtaliya kəşfiyyatı donanma kapitanının pul qarşılığında rus məmuruna məxfi sənəd ötürərkən prosesə müdaxilə edib.
Saxlanılan şəxslərə qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.
Kapitanın İtaliya donanmasında mühüm vəzifə tutduğu, rus diplomatın isə Rusiyanın Romadakı səfirliyində işlədiyi açıqlanıb.
İtaliya Xarici İşlər Nazirliyi bəyan edib ki, əməliyyatdan dərhal sonra Rusiyanın Romadakı səfiri nazirliyə çağırılıb və ondan izahat tələb olunub.