Nigerdə dövlət çevrilişinə cəhd edilib.
Teleqraf.com xəbər verir ki, bunu Niger hökuməti təsdiqləyib.
Bildirilib ki, dövlət çevrilişinə cəhdlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl yerli KİV çərşənbə günü gecə, təxminən saat 03:00-da prezident sarayının yaxınlığında atəş səsləri eşidilib.
Naməlum şəxslər tərəfindən iriçaplı silahlardan atəş açılıb. Təhlükəsizlik qüvvələri cavab atəşi açsalar da, bir saat sonra vaxtaşırı şəhərin müxtəlif nöqtələrində silahlı insident davam edib.