Bu gün Rusiyadan 50-dək şou-biznes və media nümayəndəsi çarter reysi ilə Gürcüstana gəlib.
Teleqraf.com xəbər verir ki, Gürcüstana səfər edən ictimai xadimlər arasında rusiyalı jurnalist Vladimir Pozner də var.
Məlumata görə o, Gürcüstana doğum gününü qeyd etmək məqsədi ilə səfər edib.
V.Poznerin Gürcüstana səfəri vətəndaş cəmiyyəti fəallarının, eləcə də bəzi müxalifət liderlərinin etirazına səbəb olub. Onun qaldığı hotelin ətrafına toplanan fəallar fit çalaraq ölkəni tərk etməsini tələb ediblər. Polis ərazinin mühafizəsini gücləndirib. Hazırda etiraz aksiyası davam edir.