Türkiyədə koronavirusla bağlı son günə olan vəziyyət açıqlanıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün ölkədə 152 nəfər COVID-19-dan ölüb.
240 min 12 koronavirus testi aparılıb, bunlardan 39 min 302-si müsbət çıxıb.
Ağır xəstə sayı 2 min 82-yə yüksəlib.
19 min 193 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 2 milyon 14 min 226-ya çatıb.