Ukrayna ordusununn baş qərargah rəisi Ruslan Xomçak Moskvanı Kiyevə qarşı təcavüzkar siyasətdə ittiham edərək, ölkəsinin sərhədləri yaxınlığına Rusiyanın silahlı qüvvələr yerləşdirdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Xomçak Moskvaya yaxın separatçıları əvvəllər razılaşdırılmış atəşkəs anlaşmasını pozmaqda da günahlandırıb.
Baş qərargah rəisi rus qoşunlarının mümkün müharibə üçün təlimlər keçirmək adı altında Ukrayna sərhədləri yaxınlığında toplandıqlarını və tədricən dövlət sərhədləri yaxınlığında yerləşdiklərini deyib:
“Ruslar Ukraynaya qarşı təcavüzkar siyasətlərini davam etdirirlər”.