ABŞ-ın keçmiş prezidenti Donald Trampın gəlini Lara Trampın qayınatası ilə müsahibəsinin videosu Feysbuk tərəfindən bloklanıb və silinib.
Teleqraf.com xəbər verir ki, Lara Trampa göndərilən elektron məktubda Donald Trampın səsi olan hər hansı bir məzmunun silinəcəyi bildirilib.
“Trampın yeni və ya köhnə səs qeydlərini ehtiva edən məzmuna Feysbuk və İnstaqram platformalarımızda icazə verilməyəcək. Sözügedən məzmun dərc edildikdən sonra silinəcək və əlavə məhdudiyyətlərə səbəb olacaq”, - məktubda qeyd olunub.
Feysbuk və İnstaqram yanvarın 6-da tərəfdarlarının ABŞ Konqresinə basqınından sonra Trampın hesablarını birdəfəlik bloklayıb. Bundan sonra Tvitter, Snapçat və Yutub da Trampın hesablarını həmişəlik bağlayıb.