Rusiyalı jurnalist və teleaparıcı Vladimir Poznerin Gürcüstana səfəri etiraz yaradıb.
Teleqraf.com xəbər verir ki, 87 yaşını qeyd etmək üçün Tiflisə gələn Pozner etirazlar səbəbindən Gürcüstan paytaxtını vaxtından əvvəl tərk etməli olub.
Teleaparıcı bu gün səhər Tiflisdən Rusiyaya uçub, baxmayaraq ki, o, səfərini bir neçə gün sonra başa vurmağı planlaşdırırdı.
Pozner və qonaqlarının Tiflisdə qaldığı oteli polislərin müşayiəti ilə tərk etdiyi deyilib.
Bundan əvvəl Poznerin Tiflisə gəlişinin etiraza səbəb olduğu bildirilib. Etirazçılar aparıcının Abxaziyanın heç vaxt Gürcüstanın bir hissəsi olmayacağı barədə əvvəlki açıqlamalarını xatırladıblar. Etirazçılar televiziya aparıcısının qaldığı oteli yumurta atəşinə tutublar.
Otel binasının yaxınlığındakı asfaltın üstünə “Gürcüstandan get” qeydini yazıblar.