29 Oktyabr 2014 01:18
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski "DXR" döyüşçülərinə 300 min dollar maliyyə yardımı edib. O, separatçılara bir neçə avtomobillə birgə humanitar yardım da göndərib.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, yardımın ümumi həcmi 13 milyon rubl dəyərində olub.

Liberal demokratların rəhbəri "DXR"-ə öz köməyini Ukraynanın faşist işğalçılarından azad olması ilə eyniləşdirib: "İkinci Dünya Müharibəsində sovet ordusu Ukraynanı faşistlərdən azad etdi. 3 milyon insan buna görə həyatını qurban verdi. İndi biz Ukraynanı daxili nasistlərdən azad edirik".

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər