“ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə bağlı verdiyi açıqlamaların bənzəri yoxdur, lakin ABŞ praktik olaraq bundan əvvəl Rusiya ilə münasibətləri pozmağa başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“ABŞ Prezidenti Beydenin “ABC”-yə verdiyi müsahibədə səsləndirdiyi fikirlər həddindən artıq misli görünməmiş ritorikadır. Ancaq ritorikanın arxasındakı real əməlləri də görmək lazımdır. Bu, müsahibədən xeyli əvvəl, Barak Obama administrasiyası dövründə başlayıb. Donald Trampın rəhbərliyi altında da davam etdilər. ABŞ-ın 45-ci prezidenti Rusiya ilə barışmağa hazır olduğunu dedi, amma buna imkan vermədilər”, - Lavrov qeyd edib.
Bundan əvvəl Bayden rusiyalı həmkarını “qatil” adlandırıb. O, Putinin Amerika seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcəyini söyləyib.