2 Aprel 2021 12:10
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon ABŞ Müdafiə naziri Lloyd Austinin türk həmkarı Hulusi Akarla telefon danışığına dair açıqlama verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada Austinin ABŞ-Türkiyə münasibətlərini müzakirə etmək üçün Akara zəng etdiyi bildirilib.

Austinin Türkiyənin Əfqanıstandakı hərbi əməliyyatlarda oynadığı rola görə Akara təşəkkür etdiyi deyilib.

Görüşdə Aralıq dənizinin şərqindəki son durum müzakirə olunub. Eyni zamanda, NATO-nun Qara dənizdə keçirilən son hərbi təlimləri də daxil olmaqla, sözügedən bölgədə müttəfiqlər arasındakı əməkdaşlıq da müzakirə mövzusu olub.

Austin və Akar Rusiyanın regional təhlükəsizliyə yaratdığı təhdidlər ətrafında da fikir mübadiləsi aparıb.

Ausitin Akarı Türkiyənin Rusiyadan aldığı “S-400” hava müdafiə sistemlərindən imtina etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər