“Ukrayna Donbas münaqişəsini siyasi və diplomatik variantlarla həll etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna baş nazirin müavini Aleksey Reznikov söyləyib.
“Bu, Avropa ölkələri də daxil olmaqla bütün ölkələrin Rusiyaya sanksiyalarının gücləndirilməsidir”, - dövlət rəsmisi qeyd edib.
Reznikov hesab edir ki, münaqişənin həllinə nail olmaq üçün Rusiyanın gəlirlərinin azaldılması yönündə atılan addımlar sərtləşdirilməlidir:
“Sanksiyaların gücləndirilməsi, yaxud siyasi və diplomatik yolla Rusiyanın gəlirləri azaldılmalıdır. Ruslar praqmatikdir. Onlar haqqında fərqli şeylər söyləyə bilərik, amma praktik və ağıllıdırlar. Bunu tərəziyə qoyacaqlar və özləri üçün daha sərfəli olanı çəkəcəklər”.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı sərhəddə əzələ nümayişində ittiham edib.
O, Rusiyanın Ukrayna ilə sərhədlərdəki hərbi qüvvələrinin sayını artırması haqda bunu deyib: “Bu yolla aparılan danışıqlarda təhlükə və təzyiq atmosferi yaratmağa çalışır”.