29 Oktyabr 2014 02:48
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Yalovaya bağlı Teşvikiyə bölgəsində təbiətə istirahətə gedən 52 şagird meşədə itkin düşüb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Bostancı Hayrullah Kefoğlu Anadolu liseyindən 52 şagird səyahət məsədilə müəllimlərinın nəzarəti altında İstanbuldan Yalovaya gəlib.

Teşvikiyə yaxınlığındakı meşəlik əraziyə çıxan qrup meşəlik ərazidə azıb və telefonla polisdən kömək istəyib. Bundan sonra polislər yerini dəiqləşdirdiyi qrupun tapılması çün hərəkətə keçib.

Şagirdlərdən Beray Varlının atası Bəsri Varlı "Anadolu" agentliyinə açıqlamasında qızının onu telefonla aradığını bildirib: "Səsi narahat gəlirdi. "Ata yolumuzu itirdik. Meşədəyik. Bizə kömək edin" dedi".

Nihad


Müəllif:

Oxşar xəbərlər