2 Aprel 2021 16:36
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın cənub-şərqindəki (Donbas) vəziyyəti “qorxunc” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Donbasda - təmas xəttindəki mövcud vəziyyət qorxuncdur”, - Peskov bildirib.

O, Ukrayna ordusunu atəşkəs rejimini pozmaqda ittiham edib.

Peskov bundan əvvəl Rusiya hərbçilərinin hazırda Ukrayna ərazisindəki silahlı qarşıdurmalarda iştirak etmədiyini və heç vaxt iştirak etməyəcəyini iddia edib.

O, Donbasdakı münaqişəni “Ukraynadakı daxili qarşıdurma” adlandırıb.

Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini Roman Maşovets isə respublika ilə həmsərhəd olan NATO ölkələrinə qoşunlarının döyüş hazırlığı səviyyəsini artırmaq üçün çağırış edib. O, Donbasdakı vəziyyətin kəskinləşdiyini deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin başçısı da öz növbəsində Donbasdakı eskalasiyanı son illərin “ən böyüyü” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər