2 Aprel 2021 19:06
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya hərbi qüvvə göndərsə, Rusiya öz milli təhlükəsizliyini qorumaq üçün adekvat addımlar atmaq məcburiyyətində qalacaq.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov Ukrayna Müdafiə Nazirliyinin Donbasda münaqişənin yenidən alovalanacağı təqdirdə ABŞ-ın bu ölkəyə yardım edəcəyi ilə bağlı yaydığı bəyanata belə cavab verib:

“Belə bir ssenarinin reallaşması, ABŞ hərbi qüvvələrinin Ukraynaya göndərilməsi Rusiya sərhədləri yaxınlığındakı gərginliyin artmasına yol açacaq. Əlbəttə, bu, Rusiya tərəfini öz təhlükəsizliyini qorumaq üçün adekvat addımlar atmaq məcburiyyətində qoyacaq”.

O, Moskvanın Donbas münaqişəsinin dinc yolla həllinin tərəfdarı olduğunu, müharibə istəmədiyini söyləyib. Bununla belə, son günlərdə bölgədə vəziyyətin qorxunc səviyyədə gərginləşdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər