3 Aprel 2021 11:17
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Avropa Qüvvələrinin keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces bölgə ölkələrini Qara dənizdə “Rusiyanın əsəbləri ilə oynamağa” çağırıb.

Teleqraf.com xəbər verir ki, general Ukrayna, Gürcüstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Moldovanın Rusiyaya qarşı birləşməsinin vacib olduğunu söyləyib.

Hodces hesab edir ki, adıçəkilən ölkələr Rusiyaya qarşı mübarizədə bir-biri ilə kəşfiyyat məlumatlarını bölüşməlidirlər:

“ABŞ da bunun bir hissəsi olmalıdır. Rusiyanın Qara dəniz donanması komandanının, məsələn, Sevastopoldakı qanunsuz bazasında özünü çox narahat hiss edəcəyi tədbirləri görməliyik. Qara dənizdəki Rusiyanın əsəbləri ilə oynamalıyıq”.

O, Ukraynanın gəmi əleyhinə raketlər əldə etmək qərarının və ABŞ-ın Rumıniyada kəşfiyyat və hücum üçün “MQ-9 Reaper” pilotsuz təyyarələrini yerləşdirməsinin bölgədə üstünlük əldə etməyə kömək edəcək mühüm addımlar olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər