Ukrayna prezidentinin oğlu Aleksey Poroşenko Vinnitsk vilayətinin 12 saylı təkmandatlı dairə üzrə Radanın deputatı seçilib
Teleqraf.com-un “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, seçicilərin 64,4 faizi və ya 62359 nəfəri Aleksey Poroşenkoya səs verib. O, seçkilərdə “Pyotr Poroşenkonun bloku”nu təmsil edib.
Ukrayna prezidenti Pyotr Poroşenko bundan əvvəl mətbuata açıqlamasında oğlunun müstəqil şəkildə və onunla məsləhətləşmədən deputatlığa namizədliyini irəli sürdüyünü bildirib.
“Mən oğluma elə tərbiyə vermişəm ki, qoy öz qərarlarını özü versin. O, deputatlığa namizədliyini özü irəli sürüb. Mənimlə məsləhətləşməyib”, deyə Poroşenko qeyd edib.