29 Oktyabr 2014 07:22
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hökuməti ölkənin şərqində, Qəzza zolağı ilə sərhəd boyu bufer zonası yaratmaq niyyətindədir.

Teleqraf.com-un “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, adlarının açıqlanmasını istəməyən hakimiyyət nümayəndələri bufer zonasının su ilə doldurulmuş xəndəklərdən ibarət olacaq. Məlumata görə, bufer zonasının yaradılmasının əsas məqsədi tunellərin tikintisinə mane olmaqdır.

Misir güc strukturları artıq bu ərazilərdən əhalini tezliklə köçürüləcəyi ilə bağlı xəbərdarlıq edib. Təşəbbüs Misir və Fələstin arasında silah qaçaqmalçılığın qarşısını almaq məqsədi ilə irəli sürülüb.


Müəllif:

Oxşar xəbərlər