3 Aprel 2021 18:53
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ Prezidenti Co Bayden kabinetinin ilk iclasını aprelin 1-də keçirib.

Teleqraf.com xəbər verir ki, iclasdan sonra prezident Bayden, vitse-prezident Kamala Harris və nazirlərin fotosu ilk iclasdan daha çox müzakirə olunub.

Xarici, müdafiə və xəzinə nazirlərinin əyləşdiyi, digər nazirlərin ayaq üstə olduğu fotoşəkildə Bayden və Harris yan-yana oturub. Hətta vitse-prezidentin dövlət başçısından bir qədər irəlidə olduğu diqqətdən yayınmayıb.

Bu, sosial şəbəkədə “ABŞ-ın prezidenti kimdir?” müzakirələrinə yol açıb. Eyni zamanda, yaddaş problemindən əziyyət çəkən 79 yaşlı Baydenin dörd illik müddətini bitirmədən əvvəl yerini Harrisə verəcəyi iddialarını bir daha gündəmə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər