29 Oktyabr 2014 07:44
876
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa İttifaqına üzv olan dövlətlərin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərar verib.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib.

“Aİ liderləri və XİN rəhbərləri sanksiyalarla bağlı müzakirələr aparıb. Daimi nümayəndələr debatlar zamanı Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinə dəyişiklik edilməsinə səbəbin olmadığını qeyd ediblər”, deyə mənbə bildirib.

Bundan əvvəl müvafiq qərar Aİ üzv dövlətlərinin liderləri tərəfindən verilmişdi.


Müəllif:

Oxşar xəbərlər