3 Aprel 2021 19:39
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 3-də günorta saatlarında Süveyş kanalında tıxacda qalan 422 gəmi və tankerdən son 61-i hər iki istiqamətdə kanaldan keçib.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Misirin Süveyş Kanalı İdarəsinin rəisi Üsamə Rabiyə deyib. O bildirib ki, martın 25-də Panama bayrağı altında üzən “Ever Given” gəmisinin saya oturması nəticəsində bağlanan kanalda gəmilərin hərəkəti tam bərpa olunub.

Misir rəsmisi qeyd edib ki, tıxacda qalan gəmilərdə 26 milyon ton yük olub və onların hamısı yola salınıb. Bu gün isə Süveyş kanalına əlavə 24 gəmi yaxınlaşıb. Kanal tam açıq olduğundan, onların hərəkəti normal qaydada davam edəcək.

Rabiyə əlavə edib ki, Misir kanalın bağlanmasına görə “Ever Green” şirkətindən tələb edəcəyi 1 milyard dollardan başqa, yedək gəmiləri və digər texnikanın xərclərini də istəyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər