"Facebook" sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Business Insider" portalı xəbər verib.
Məlumata əsasən, haker forumunda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon istifadəçi daxil olmaqla ümumilikdə 106 ölkədən 553 milyondan artıq istifadəçinin şəxsi məlumatları yerləşdirilib.
Bildirilir ki, forumda istifadəçilərin tam adları, onların yeri, doğum tarixi, tərcümeyi-halı, mobil nömrələri və bəzi hallarda elektron poçt ünvanları yer alıb.
Mütəxəssislər bu cür məlumatların kiber cinayətkarlar üçün dəyərli ola biləcəyi barədə xəbərdarlıq edirlər: "Çox sayda "Facebook" istifadəçisinin telefon nömrələri kimi şəxsi məlumatlarını əhatə edən bu ölçüdə məlumat bazası, hakerlərin bu məlumatları kiberhücumlar üçün istifadə etməsinə səbəb olacaq".