29 Oktyabr 2014 09:00
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisini Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edib.

Türkiyədə 91 il öncə 1923-cü ildə osmanli dövlətini ləğv olunduqdan sonra cümhuriyyətin əsası qoyulmuş, həmin dövrdə ölkənin ilk prezidenti isə, Mustafa Kamal Atatürk olmuşdu.

Ərdoğan Cümhuriyyətin 91 illiyi ilə əlaqədar xalqa xüsusi videoismarış vasitəsilə müracitə edib.

“Əziz vətəndaşlarım, Türkiyə Cümuriyyətinin quruluşunun 91-ci il dönümünü bir millət olaraq böyük coşğu və həyəcanla dərk edirik. Cümhuriyyət bayramının 77 milyonun hər bir fərdi üçün mübarək olmasını arzu edirəm. Bu anlamlı gündə cümhuriyyətimizin banisi qazi Mustafa Kamalı, onun yol yoldaşlarını, xüsusilə də cümhuriyyəti elan edən dövrün Türkiyə Böyük Millət Məclisi üzvlərini bir daha xeyirlə yad edirik” - deyə Ərdoğan qeyd edib.

Ərdoğan çıxışı zamanı hökumətin indiyə qədər müxtəlif sınaqlardan üzü ağ çıxdığını, Türkiyənin hər gün daha da inkişaf etdiyini və ölkədə sülh ab-havasının olduğunu deyib./anspress/


Müəllif:

Oxşar xəbərlər