4 Aprel 2021 22:13
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda" siyasi partiyası (GERB) Demokra tik qüvvələrin İttifaqı ilə koalisiyada Bolqarıstanda keçirilmiş növbəti parlament seçkilərində qalib olub.

Teleqraf.com xəbər verir ki, bu barədə seçkilərdə keçirilmiş “exit poll”da məlum olub.

Sorğunun məlumatına görə, GERB-ə təxminən 25,7 % seçici səs verib. Bolqarıstanın Sosialist Partiyası isə təxminən 17,6 % seçici səsi toplayıb.

Bolqarıstanın 45-ci Xalq Məclsində (parlament) həmçinin "Belə bir xalq var" Partiyası, “Hüquq və Azadlıqlar uğrunda Hərəkat”, "Demokratik Bolqarıstan", "Yüksəl. Mafiya rədd ol" vətəndaş platforması və VMRO Partiyasının nümayəndələri də çalışacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər