6 Aprel 2021 12:55
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri ölkənin cənub sərhəd bölgələrinə əlavə müdafiə bölmələrinin toplandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Təlim düşərgəsinin məqsədi komandirlərin və qərargahların birliklərin idarəetmə və praktiki qabiliyyətini, həmçinin döyüş tapşırıqlarını yerinə yetirməkdə hərbçilərin fərdi bacarıqlarını artırmaqdır.

Bölmələr, xüsusilə, ilhaq edilmiş Krımla sərhədin qorunmasını, eləcə də təxribat və kəşfiyyat qüvvələri ilə mübarizə vəzifələrini yerinə yetirməyə hazırlaşır.

Son həftələrdə Donbasda təmas xəttində vəziyyət kəskinləşib. Ukrayna Rusiyanın bölgədəki hərbi qüvvələrinin sayını artırdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər