6 Aprel 2021 16:18
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamiləliyinin 29 və 33-cü həftələrinə COVID-19-a qarşı peyvənd olan türkiyəli Zeynep Aslı Kaplanın övladı insan bədəninin virusla mübarizə üçün istehsal etdiyi xüsusi zülal - anticisimlə doğulub.

Teleqraf.com xəbər verir ki, bununla da hazırda 20 günlük olan Aras Türkiyədə anticisimlə doğulan ilk körpə olub.

Nə hamiləlik dövründə nə də uşaq doğulduqdan sonra heç bir problemlə üzləşmədiklərini bildirən ana övladının qan təhlillərində anticisimlərin müəyyən olunduğunu bildirib.

Qeyd edək ki, mütəxəssislər ana südü ilə bəslənən yeni doğulanlarda ilk altı ay ərzində xəstəliyə qarşı qoruma təbəqəsinin yarandığını bildirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər