6 Aprel 2021 18:10
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Suçava şəhərində yerləşən Böyük Ştefan Universitetinin mütəxəssisləri koronavirusun yeni təhlükəli mutasiyasını aşkar ediblər.

Teleqraf.com Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yeni mutasiya Böyük Britaniya ştammının xüsusiyyətlərini və eyni zamanda peyvəndlərin təsirini azalda biləcək E484K mutasiyasını özündə daşıyır. Qeyd olunur ki, hazırda yeni mutasiya ilə yoluxanların sayı az olmasına baxmayaraq, bu tip koronavirusun yayılması peyvənd olunan əhaliyə də mənfi təsir göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər