7 Aprel 2021 10:11
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusuna məxsus gəmi Qırmızı dənizdə hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Əl-Ərəbiyyə” telekanalı çıxış edib.

İranın “Mehr” Agentliyi isə iddianı təkzib edərək əsassız xəbər olduğunu bəyan edib.

Ərəb mediasında yer alan xəbərlərə görə, gəmi hücum zamanı böyük ziyan çəkə bilər. Gəminin İsrail tərəfindən raketlə vurulduğunu iddia edən ərəb mətbuatına görə, gəmi Qırmızı dənizin cənubunda Yəmən istiqamətində hərəkət edib.

Yayılan iddialarla bağlı nə İran, nə də İsrail rəsmi açıqlama verib.

Qeyd edək ki, martın 25-də İsrail mediası ölkəyə aid yük gəmisinin Oman körfəzində İran tərəfindən raket hədəfinə alındığını açıqlamışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər