Braziliyada COVID-19 pandemiyası səbəbindən son 24 saatda vəfat edənlərin sayı ilk dəfə olaraq 4 min nəfəri keçib.
Teleqraf.com xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi son 24 saatda 86 min 979 nəfərdə virus aşkar edildiyini açıqlayıb.
Ümumilikdə yoluxanların sayı 13 milyon nəfəri keçib.
Ölkədə son bir sutkada vəfat edənlərin sayı 4195 nəfər olub. Bu, pandemiya başlayandan sonra ölkədə ilk rekord hesab olunur. Ümumən ölkədə virus səbəbindən dünyasını dəyişənlərin sayı 337 minə yaxınlaşır.
Qeyd edək ki, 210 milyon əhalisi olan Braziliya ABŞ-dan sonra COVID-19-dan ən çox təsirlənən ikinci ölkədir.