7 Aprel 2021 13:05
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya son zamanlar Türkiyədə ciddi müzakirə mövzusu olan "Kanal İstanbul" layihəsi və "Montrö" Konvensiyasına dair mövqeyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyədə 104 təqaüddə olan admiralın “Montrö” müqaviləsi ilə bağlı müraciət yayması, habelə 126 təqadçü səfirin “Kanal İstanbul” layihəsi ilə bağlı mübahisələr apardığı günlərdə “Rossiya 24” kanalına çıxan Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhovun şərhləri diqqəti cəlb edib.

Səfir bəyan edib ki, "Kanal İstanbul" Türkiyə ərazisində həyata keçirilir və hər şeydən öncə bu türk hökumətinin məsələsidir: “Bu, hər şeydən əvvəl Türk hökumətinin məsələsidir. Burada Türkiyə torpaqlarında və Türkiyənin imkanları ilə həyata keçirilən iqtisadi layihədən söhbət gedir”.

Bununla belə səfir bildirib ki, Qara dənizdə nəqliyyat problemləri ilə bağlı Ankara ilə görüş və müzakirələr içindədirlər: “Xarici işlər nazirlərimiz arasında Qara dənizdə nəqliyyat problemləri kimi məsələlər ətrafında müzakirələr mövcuddur. Bu mövzuda xarici işlər nazirləri tərəfindən fikir mübadiləsi aparılır”.

Səfir deyib ki, "Kanal İstanbul" layihəsi "Montrö" Konvensiyası üzərində öhdəlikləri aradan qaldırmayacaq, ancaq bu yeni kanaldan keçən gəmilər üçün maliyyə vergisi və hansısa tələblərin olması mümkündür: “Əlbəttə ki, "Kanal İstanbul" ilə "Montrö" Konvensiyası arasında qarşılıqlı əlaqə var, lakin birbaşa bağlantı yoxdur. "Kanal İstanbul" inşa edilirsə, bu, "Montrö" razılaşmasındakı öhdəlikləri aradan qaldırmır. Qara dənizdəki hərbi gəmilərin ümumi tonnajına qoyulan məhdudiyyətləri dəyişdirmir.

Rusiya tərəfi Türkiyənin Mərmərə dənizi ilə Qara dənizi bağlayan "Kanal İstanbul"la bağlı planlarını "Montrö" sazişi ilə əlaqələndirməməsini gözləyir. “Montrö" razılaşmasının dəyişdirilməsi müzakirə mövzusu deyil. Bu razılaşma hazırda tətbiq edilir və davam edəcək. Bu, Qara dənizdə regional təhlükəsizliyin saxlanılması baxımından əhəmiyyətlidir. Rusiya razılaşmanı belə görür”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan bəyan etmişdi ki, "Montrö" razılaşmasının ölkəyə qazanclarını əhəmiyyətli görürlər və daha yaxşı imkanlar tapana qədər bu razılaşmaya bağlılıq davam edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər