Hər il milyarderlərin siyahısını dərc edən “Forbes”in məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp builki siyahıda təxminən 2.4 milyard dollar sərvəti ilə 1299-cu yeri tutub.
Teleqraf.com xəbər verir ki, ötən il Trampın 1001-ci yerdə olduğu və builki reytinqdə 298 pillə gerilədiyi vurğulanıb.
“Forbes”in yazdığına görə, Tramp 2017-ci ildə Ağ Evin kürsüsünə oturduqda onun ümumi sərvəti 3.5 milyard dollar civarında olub.
Prezidentliyi dövründə öz işinə diqqət ayıra bilməməsi ilə yanaşı, xüsusən 2020-ci ilin martında ölkənin gündəminə girən koronavirus pandemiyası səbəbindən məşğul ola bilməməsinə görə Trampın otel, qumarxana və ofis kirayəsi biznesində zərər gördüyü deyilib. Ümumilikdə, Tramp dörd illik prezidentliyi dönəmində 1 milyard dollardan çox pul itirib.