8 Aprel 2021 13:26
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski NATO Hərbi Komitəsinin rəisi, general Stüart Piçlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının veb saytı məlumat yayıb.

Zelenski Şimali Atlantik İttifaqına Ukraynanın şərqindəki və Krımdakı vəziyyətlə ciddi maraqlandığına, habelə suverenlik və ərazi bütövlüyünə davamlı dəstəyə görə təşəkkür edib.

“Təəssüf ki, Ukraynanın şərqində, Donbasda vəziyyət yenidən gərginləşib. Atəşkəs rejiminin pozulması halları artıb”. – Ukrayna lideri bildirib.

O, dekabr ayından bəri 20-dən çox Ukrayna hərbçisinin həlak olduğunu söyləyib.

Görüşdə Ukrayna Müdafiə naziri Andrey Taran, baş qərargah rəisi Ruslan Xomçak və başqaları iştirak edib.

Zelenski bundan əvvəl NATO baş katibi Yens Stoltenberqlə telefon danışığında Ukraynanın ittifaqa girməsini Donbasdakı müharibəyə son qoymağın yeganə yolu adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər