8 Aprel 2021 18:45
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Zelenski rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gərginliyin artdığı Donbas bölgəsinə gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Zelenskinin son vaxtlar atəşkəsin tez-tez pozulduğu bölgəyə gəldiyi və hərbçilərlə söhbət edərək, onlara mənəvi dəstək verdiyi bildirilib.

“Ali Baş Komandan olaraq Donbasda çətin anlarda əsgərlərimizlə birlikdə olmaq istəyirəm. Gərginliyin artdığı bölgələrə gedirəm. Ukraynanın sülhə ehtiyacı var və bunun üçün hər şeyi edəcəyik”, - Zelenski vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər