Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Ermənistanın bu ölkədəki səfiri Vardan Toqanyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Qarabağdakı mövcud vəziyyət müzakirə edilib.
Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, müharibənin təsirlərinə məruz qalan ermənilərə humanitar yardımın göstərilməsi və bölgədə dinc həyatın bərpası, o cümlədən beynəlxalq humanitar təşkilatların potensialından istifadə edilməsi zərurəti barədə fikir mübadiləsi aparılıb.
Habelə 10 noyabr (2020) və 11 yanvar (2021) tarixli üçtərəfli razılaşmaların yerinə yetirilməsi məsələsi də müzakirə olunub.