9 Aprel 2021 15:30
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kraliçası II Yelizavetanın əri, şahzadə Filipp vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu xəbər Bukinqem Sarayının mətbuat xidməti tərəfindən rəsmi olaraq elan edilib.

“Ülyahəzrət Kraliça sevimli əri, Edinburq hersoqu Əlahəzrət Şahzadə Filippin ölümünü elan edir”, – deyə məlumatda bildirilir.

Hersoq aprelin 9-da səhər Vindzor qəsrində ölüb.

Xatırladaq ki, martın 16-da hersoq Edinburq xəstəxanasında bir ay qaldıqdan sonra evə buraxılmışdı.

Bundan əvvəl şahzadə Filipp və kraliça koronavirus peyvəndinin ilk dozalarını almışdılar.

Şahzadə Filipp 99 yaşında idi. O və kraliça II Yelizaveta 73 ildir evli idilər. Onların dörd övladı var.


Müəllif: Səxavət