10 Aprel 2021 14:06
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda şiələrin liderlərindən olan Müqtəda Sədrin Bəsrə nümayəndəsi Hazim əl-Araciyə sui-qəsd edilib, lakin onu öldürmək mümkün olmayıb.

Teleqraf.com xəbər verir ki, İraqın təhlükəsizlik qaynaqları sui-qəsdin Bağdad şəhərinin şimalında baş verdiyini açıqlayıb.

Əl-Araci sui-qəsdən sağ çıxıb, mühafizəçilərindən biri yaralanıb.

Qeyd edək ki, ötən həftənin bazar günü Şiə Sədr Qrupunun rəsmilərindən biri Zikar istiqamətində sui-qəsd nəticəsində öldürülüb.


Müəllif: Cavad