Suriyada Türk ordusunun nəzarət etdiyi “Sülh çeşməsi” bölgəsinə girməyə çalışan üç PKK/YPG terrorçusu məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb
Açıqlamada qeyd edilib ki, sülhü və təhlükəsizliyi pozmaq məqsədilə Türk ordusunun olduğu regiona atəş açan və girməyə çalışan üç terrorçu xüsusi təyinatlı qüvvələr tərəfindən məhv edilib.
Qeyd edək ki, başa vurduğumuz həftənin əvvəllərində bu regiona girməyə çalışan daha 9 terrorçu zərərsizləşdirilmişdi.