10 Aprel 2021 19:13
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya məhkəməsi sabiq baş nazir Koze Sokratesin rüşvət alması ilə bağlı iddiaya baxsa da, sübuta yetirə bilməyib.

Teleqraf.com xəbər verir ki, 2005-2011-ci illərdə İspaniya hakimiyyətində olan zaman Sokratesin üç şirkətdən 34 milyon avronu hesabına keçirməkdə ittiham olunurdu.

Məhkəmə Sokratla bağlı qara pulların təmizlənməsi və rəsmi sənədlərin saxtalaşdırılması kimi iddialara baxıb.

Hakim İvo Rosa məhkəmənin qərarını açıqlayarkən bildirib ki, sabiq baş nazir haqqında korrupsiya ittihamları dəlil və fakt olmadığı səbəbindən dayandırılıb.

Sabiq baş nazir isə Lissabon məhkəməsindən ayrılarkən bəyan edib ki, mübarizə aparmaqda davam edəcək: “Prokurorluğun bütün arqumentləri darmadağın edildi”.

Qeyd edək ki, sabiq baş nazir Sokrates 2014-cü ildə korrupsiya faktı ilə ittiham edilib və kod adı “Marquis” əməliyyatı çərçivəsində Lissabon hava limanında saxlanılmışdı. İsveçrə banklarında 34 milyon avru qanunsuz pulu olduğu iddia edilən Sokrates 9 ay həbsdə yatmışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər