Vəzifədə olan bir qohumunu itlərə, bir generalı isə piranlara yem edən Şimali Koreya lideri Kim Çen Inn bu dəfə təhsil nazirini edam etdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Daily NK” qəzeti məlumat yayıb.
Bildirilib ki, Kim Çen Ina yetərli video zənglər etməyən, rəhbərliyin prinsiplərini tətbiq etməkdə uğursuz olan və iş rejimindən şikayət edən təhsil naziri edam olunub. Əlavə edilib ki, təhsil komissiyasının uğursuzluğu araşdırılıb və bəzi müəllimlərin hökumətin siyasətini tənqid etdiyi ortaya çıxarılıb. Araşdırmanın ardınca adı açıqlanmayan təhsil naziri edam edilib.
Yeni təhsil naziri vəzifəsinə isə Ri Guk Holu təyin edilib. Bundan əvvəl yeni nazir Pxenyandakı Kim II Sunq adına universitetinin rektoru vəzifəsini daşıyıb.
Xatıradaq ki, Kim Çen Inn vətənə xəyanətdə ittiham etdiyi yaxın biri qohumu və daha 5 nəfəri 2013-cü ildə keçirilən Kommunist Partiyasının qurultayında həbs etdirmiş, daha sonra onları vəhşi itlərin olduğu qəfəsə atdırmışdı.