11 Aprel 2021 14:24
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal edilmiş Donbas bölgəsində separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusunun bir hərbçisi həlak olub.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamada separatçıların gün ərzində atəşkəsi 10 dəfə pozduqları bildirilib.

Açıqlamada Donbasın Pişevika, Avdiyivka və Zolotoye şəhərlərindən separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusundan bir əsgərin öldüyü deyilib.

Ukrayna baş qərargah rəisi Ruslan Xomçak martın 30-da parlamentdəki çıxışında Rusiyanın təlim bəhanəsi ilə ölkə sərhədləri yaxınlığına qoşun göndərdiyini açıqlayıb.

Rusiya, Ukrayna və ATƏT-dən ibarət üçtərəfli təmas qrupu Donbas münaqişəsinin həlli ilə əlaqədar ötən il iyulun 27-də bölgədə atəşkəs elan etmişdi.

Özünü “müstəqil” elan edən separatçılarla Ukrayna arasında 2014-cü ildən bəri baş verən qarşıdurmalarda 13 mindən çox insan həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu