11 Aprel 2021 18:10
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Kəşfiyyat Şurası tərəfindən yayımlanan “Qlobal trend: 2040” hesabatı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, 1997-ci ildən bəri hər dörd ildən bir hazırlanan hesabatda yaxın 20 ildə ABŞ-a təsir edə biləcək qlobal strateji inkişaflarla bağlı ehtimallar yer alıb.

Sənəddə geosiyasi yarışın Çin və ABŞ arasındakı mübarizə ətrafında formalaşa biləcəyi deyilib və çoxqütblü sistemin ortaya çıxma ehtimalına işarə edilib.

Hesabatda Türkiyənin yaxın 20 il ərzində supergüclərin rollarını alacaq qlobal gücə çevriləcəyi bildirilib.

ABŞ kəşfiyyatına görə, rəqabətçi bir beynəlxalq sistemdə Türkiyə, Avstraliya, Braziliya, İndoneziya, Nigeriya və Səudiyyə Ərəbistanı regional güc kimi öz təsir dairələrini genişləndirəcək.

Kəşfiyyatın hesabatında bildirilir ki, bu ölkələr bölgədəki koalisiyalarını və regional bloklarını gücləndirməyə çalışacaq, regional məsələlərdə aqressiv mövqe tutaraq, qlobal problemlərin öhdəsindən gəlməyə çalışacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər