11 Aprel 2021 23:58
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 15 746 nəfərin yoluxduğu təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 331 nəfər bu virusdan ölüb ki, bu da ilin əvvəlindən bəri ölkədə ən yüksək sutkalıq göstəricidir. Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 114 254 nəfərə çatıb. Ölkədə hazırda 533 005 aktiv koronavirus xəstəsi var, onlardan 3585-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 769 814 nəfərdən 3 122 555 (son sutkada 15 486 nəfər) sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər