12 Aprel 2021 12:10
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk yazıçı Orxan Pamukun “Vəba gecələri” adlı yeni kitabı ətrafında qalmaqal yaşanır.

Teleqraf.com xəbər verir ki, Nobel mükafatı laureatı olan yazıçı yeni kitabında Türkiyənin qurucusu Mustafa Kamal Atatürkü ələ salmaqda ittiham olunur.

“Hüriyyət” qəzetinin köşə yazarı Ahmet Hakan Pamukun kitabında Atatürkü nə üçün ələ salmasının müəmmalı olduğunu yazıb:

"Əsas suallar bunlardır:

Orxan Pamukun Atatürklə nə işi var?

Nə etmək istəyir?

Aranı qatmaq istəyir?

Kitabına marağı artırır?

Öz kitabının təbliğatını aparır?

Ölkə xaricinə mesaj vermək istəyir?

Atatürk sevgisinin yüksəldiyi bir vaxta nifrət obyektinə çevrilmək istəyir?

Daxili bazardan tamam çıxmaq istəyir?

Bəlkə ikinci dəfə Nobel almaq istəyir?

“Uşaq vaxtı qarğaları qovardı” detalına belə yer verərək Atatürkü ələ saldığını mübahisəsiz hala gətirən Orxan Pamukun niyyəti və məqsədi nədir?

Həmişə atdığı addımları ölçüb-biçən Orxan Pamuk niyə Atatürkə ilişməyi seçdi?

Hansı hesab-kitabla hərəkət etdi?

Mən bir cavab tapmadım”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər