ABŞ dövlət katibi Antoni Blinken İran, Əfqanıstan və Ukrayna məsələlərini müzakirə etmək üçün bu həftə Brüsselə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ mediasına danışan ölkə rəsmilərindən biri deyib.
Masada İran, Əfqanıstan və Rusiya-Ukrayna gərginliyi olacağını açıqlayan ABŞ rəsmisi xatırladıb ki,müdafiə naziri Lyod Austin də aprelin 10-da Belçika, İsrail və Almaniya turuna çıxıb.
Blinkenin Brüssel səfəri Rusiya və Ukrayna sərhədində yaranan gərginlik konteksində olması diqqəti çəkir.