13 Aprel 2021 01:36
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-in Tennesi ştatında atışma baş verib.

Teleqraf.com xəbər verir ki, atışma zamanı bir neçə nəfər xəsarət alıb. Yerli mətbuat orqanları hadisə zamanı 1 nəfərin öldürüldüyünü bildirib.

Yerli polis özünün tvitterdəki səhifəsində atışmanın Noksvill şəhərindəki məktəbdə - “Austin-East Magnet”də qeydə alındığını xəbər verib. Qeyd edilir ki, xəsarət alanlar arasında polis əməkdaşı da var. Yerli sakinlərə atışmanın baş verdiyi ərazidən uzaq olmaq tövsiyə edilib.

İnsidentin təfərrüatı açıqlanmır. Atəşin kim tərəfindən açıldığı bildirilmir. Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com