Rusiya-Ukrayna sərhədində gərginlik artır.
Teleqraf.com xəbər verir ki, Ukrayna Baş Qərargahının açıqlamasında Donbas bölgəsindəki rusiyapərəst separatçılarla qarşıdurmada daha bir Ukrayna əsgərinin həlak olduğu bildirilib.
Həlak olan hərbçinin 24 yaşında olduğu deyilir.
Donbas bölgəsində ilin əvvəlindən ümumilikdə 27 Ukrayna hərbçisi həyatını itirib.
Qeyd edək ki, bundan əvvəl Urayna prezidentinin mətbuat katibi Yuliya Mendel ölkə başçısı Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək təkliflərinin cavabsız qaldığını açıqlayıb.
Sərhəddəki fəallığa toxunan Mendel qeyd edib ki, Rusiya Ukraynanın şərq istiqamətində 40 min, Krımda isə 40 mindən çox hərbi qüvvə yerləşdirdiyini deyib.