“Rusiya və İran Dağlıq Qarabağda ədalətli əsaslarla uzunmüddətli siyasi həll yolunun tərəfdarıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra deyib.
“Biz Rusiyanın atəşkəsin davamlı olmasını təmin edən vasitəçilik səylərini nəzərə alaraq, Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının və bunun uzunmüddətli olmasının vacibliyini vurğuladıq”, - Lavrov bildirib.
O, hər iki ölkənin bu məsələnin Ermənistan və Azərbaycan xalqlarının mənafeləri baxımından ədalətli əsaslarla siyasi və diplomatik həllində maraqlı olduğunu söyləyib.