Türkiyə Türkiyədə Karaman bölgəsindəki Pambıqlı kəndi yaxınlığındakı Murad Ərdən mədənində baş verən uçqun nəticəsində itkin düşən 18 nəfərin axtarışı davam etdirilir.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi məlumatlarda mədənə dolan suyun həcmində azalma müşahidə olunduğu bildirilir.
Bu arada mədənin işçisi Hüseyn Gültəkinin itkin düşməsindən bir neçə saat sonra onun oğlunun dünyaya gəldiyi xəbəri yayılıb. Mədəndə baş verən hadisəni eşidən Hüseynin xanımı Ayşe Gültəkin dərhal Ermenek Dövlət Xəstəxanasına aparılıb. Ana və körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğu qeyd olunur.
Samir